
“2025-ci ildə ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və digər zəruri xərclərin icrası üçün tələb olunan məbləğdə maliyyə vəsaiti tam və vaxtında təmin edilib”.
Newscenter az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, 2025-ci ildə dövlət büdcəsinin xərcləri proqnozun 93,2 faizi həcmində və ya 38,6 mlrd. manat icra edilib ki, bu da 2024-cü illə müqayisədə 891 mln. manat və ya 2,4 faiz çoxdur. “Bütövlükdə, ötən 5 ildə dövlət büdcəsinin xərcləri 11,2 milyard manat və ya 41 faiz artıb. Strukturuna görə dövlət büdcəsi xərclərinin 22,1 milyard manatı və ya 57,3 faizi cari xərclərə, 14,4 milyard manatı və ya 37,3 faizi əsaslı xərclərə, 2,1 milyard manatı və ya 5,4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib”, - deyə S.Babayev bildirib.
Maliyyə naziri hesabat ilində icra olunmuş 22,1 milyard manat məbləğində cari xərclərin 92 faizinin və ya 20,4 milyard manatının qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılandığını vurğulayıb.
Süleyman











































