Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstannın baş naziri Qırğızıstanda səfərdədir

Gürcüstannın baş naziri Qırğızıstanda səfərdədir


Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Qırğızıstana səfəri başlayıb.

Newscenter.az Qırğızıstan Prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki, səfər rəsmi xarakter daşıyır.

Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti əsasında baş tutan səfər çərçivəsində Gürcüstan Baş nazirinin bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyi nəzərdə tutulur. İrakli Kobaxidzenin ilk görüşü Qırğızıstan Prezidenti Sadır Japarovla olub. Görüşdə ikitərəfli münasibətlərin siyasi və iqtisadi sahələrdə daha da inkişaf etdirilməsi, qarşılıqlı investisiya imkanları, eləcə də regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Süleyman
Xəbəri paylaş