
"15 iyun Milli Qurtuluş Günü Azərbaycanın həm də məhv olmaqdan xilas günüdür. Əgər o vaxt Ulu Öndər xalqın səsinə səs verin siyasi hakimiyyətə gəlməsəydi, bu günkü Azərbaycanın durumunu təsəvvür etmək çətin olardı".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar İsgəndərovu deyib. Millət vəkili bildirib ki, Heydər Əliyev siyasi hakimiyyətə qayıtmaqla ölkədə siyasi sabitliyi təmin etdi, siyasi sabitlik fonunda isə Azərbaycanın iqtisadi inkişafına nail oldu.
Vüqar İsgəndərov deyib ki, Azərbaycanın bu günkü inkişafı, əldə etdiyi uğurlar və nəhayət Tarixi Zəfərin təməlində Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi uğurlu siyasət dayanır:
"Bu gün əminliklə deyə bilərik ki, Heydər Əliyevin ruhu şaddır. Çünki Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Cənab İlham Əliyev də Ümummilli liderin bu arzusunu həyata keçirdi".
Süleyman












































