Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi-Aran Regional Təhsil İdarəs müəllimlərin haqlı narazılığını yoxlama ilə susdurmaq istəyir

Mərkəzi-Aran Regional Təhsil İdarəs müəllimlərin haqlı narazılığını yoxlama ilə susdurmaq istəyir


Mərkəzi-Aran Regional Təhsil İdarəsinin nümayəndələri Mingəçevir şəhər 13 nömrəli körpələr evi-uşaq bağçasında yoxlama aparırlar. Səbəb isə müəssisə rəhbərliyinin məktəbəhazırlıq qruplarının ləğvi ilə bağlı hər hansı təsdiq sənədini imzalamaqdan imtina etməsidir.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumatı sözügedən müəssisənin müəllimi Sevinc Məmmədova verib. Onun sözlərinə görə, əgər məktəbəhazırlıq qrupları həqiqətən ləğv olunubsa, bununla bağlı hüquqi qüvvəyə malik qərar, əmr və ya normativ sənəd haradadır?

"Niyə müəssisə rəhbərlərinə yalnız şifahi göstərişlər verilir? Daha da narahatedici məqam odur ki, rəhbərlərə "təsdiq etməsəniz, müəssisənin pedaqoji heyəti əməkhaqqı almayacaq" kimi xəbərdarlıqlar edildiyi bildirilir. Əgər bu doğrudursa, bu, həm əmək hüquqlarının pozulması, həm də vəzifə səlahiyyətlərindən sui-istifadə əlaməti kimi qiymətləndirilə bilər".

Sevinc Məmmədova daha sonra müvafiq qurumlara sual edib:

"Məktəbəhazırlıq qruplarının bağlanması hansı qanun və ya qərara əsaslanılıb?. Monitorinq aparılıbmı?. Uşaq sayı, ehtiyac və kadr potensialı araşdırılıbmı?. Niyə bu günə qədər rəsmi sənəd ictimaiyyətə təqdim edilmir?".

Onun sözlərinə görə, tərbiyəçi-müəllimlərin qarşı-qarşıya qoyulması, uşaqların sistem üzrə müxtəlif qruplara yönləndirilməsi və bunun nəticəsində kollektiv daxilində narazılıqların yaranması təhsilin idarə olunması deyil:

"Aidiyyəti qurumlardan tələbimiz sadədir. Əgər qərar qanunidirsə, sənədi göstərin. Əgər sənəd yoxdursa, insanların taleyi ilə şifahi göstərişlər əsasında oynamağa son verin. Təhsil sahəsində çalışan hər bir vətəndaşın hüququ var ki, ona verilən tapşırığın hansı qanuna və hansı rəsmi sənədə əsaslandığını bilsin".

Süleyman
Xəbəri paylaş