
15 iyun-Milli Qurtuluş Günü münasibətilə Milli Məclis adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təbrik ünvanlayıb.
Newscenter.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının iyunun 12-də keçirilən növbəti iclasında çıxışı zamanı deyib.
Milli Qurtuluş Gününün tarixindən danışan spiker, məhz Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın parçalanma təhlükəsindən xilas olduğunu deyib. Sahibə Qafarova deyib ki, zamanında Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Süleyman












































