
Aprelin 24-də Sumqayıt şəhəri Səməd Vurğun küçəsində yol nəqliyyat hadisəsi baş verib.
Newscenter.az-a daxil olan məlumata görə, qəza törədən şəxs "Azərişıq" ASC-nin Sumqayıt Elektrk Şəbəkəsinin əməkdaşı Məmmədova Könül Cavid qızı olub.
Belə ki, "Azərişıq" əməkdaşının avvtomobilini yüksək sürətlə hərəkət etməsi nəticəsində yolu keçən piyadanı vurduğu bildirilir. İlkin məlumatlara görə, qəza nəticəsində orta ağır xəsrət alan piyada şəhid atasıdır. Onun hazırda xəstəxanada olduğu deyilir.
Baş vermiş hadisə ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı.
Anar











































