Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənddə “Naxışların dili – ortaq mirasın səsi” adlı silsilə tədbirlərə start verilib

Daşkənddə “Naxışların dili – ortaq mirasın səsi” adlı silsilə tədbirlərə start verilib


Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Respublikasının “Hunarmand” Assosiasiyası və Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyinin birgə təşkilatçılığı ilə “Naxışların dili – ortaq mirasın səsi” adlı üç günlük tədbirlər çərçivəsində adıçəkilən muzeydə “Ornamentlərdə kodlaşmış mədəniyyət” adlı konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan və Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, rəssamlar, keramika üzrə ustalar və bu sahənin mütəxəssisləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, bugünkü tədbir təkcə mədəniyyət hadisəsi deyil, eyni zamanda Azərbaycan və Özbək xalqları arasında əsrlər boyu formalaşan dostluq, qardaşlıq və qarşılıqlı hörmət münasibətlərinin bariz nümunəsidir. O qeyd edib ki, bu kimi təşəbbüslər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən formalaşdırılan əməkdaşlıq xəttinin uğurla davam etdirilməsinə və iki ölkə arasında mədəni-humanitar əlaqələrin daha da dərinləşməsinə töhfə verir. Direktor vurğulayıb ki, ornament və naxışlar sadəcə bədii elementlər deyil, həm də xalqın yaddaşı, düşüncə tərzi, dünyagörüşü və ruhunun ifadəsidir.
Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyinin direktoru İsmat Yusupov çıxışında bu kimi tədbirlərin həm Daşkənddə, həm də gələcəkdə Bakıda keçirilməsinin dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə töhfə verdiyini bildirib. O qeyd edib ki, bu kimi layihələr Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin möhkəmlənməsinə və ortaq irsin təbliğinə xidmət edir.

Özbəkistan Respublikasının “Hunarmand” Assosiasiyasının bölmə müdiri Jamshid Tilakov çıxış edərək bu kimi tədbirlərin sənətkarlar arasında təcrübə mübadiləsinin genişlənməsi və milli sənət ənənələrinin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Azərbaycan və Özbəkistan sənətkarları arasında əməkdaşlıq ortaq mədəni irsin daha dərindən öyrənilməsinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Konfrans çərçivəsində Azərbaycanı təmsil edən sənətkarlar tərəfindən təqdimatlar keçirilib. Xalçaçı rəssam Ağasadıq Süleymanov “Miniatür və Azərbaycan” mövzusunda çıxış edərək Azərbaycan miniatür sənətinin formalaşma mərhələləri, onun ornament sistemi və klassik bədii ənənələrlə əlaqələri barədə ətraflı məlumat verib.

Battal ebru texnikası üzrə sənətkar Sevinc Əliyeva “Su üzərində kodlaşmış tarix” mövzusunda təqdimatında ebru sənətinin yaranma tarixi, texniki xüsusiyyətləri və bu sənətin Şərq mədəniyyətində tutduğu yer barədə danışıb.
Keramika ustası Ruhəngiz Bağırova “Azərbaycanın qədim dövr dulusçuluq sənəti” mövzusunda çıxışında Azərbaycanın qədim keramika ənənələri, istifadə olunan texnologiyalar və bədii xüsusiyyətlər barədə geniş məlumat verib.
Konfransda çıxış edən Özbək sənət ustaları Nasiba Satiboldiyeva, Bibisora Rahmatullayeva və başqaları isə öz yaradıcılıqlarını təqdim edərək milli sənət ənənələrinin xüsusiyyətlərindən danışıblar.

Süleyman
Xəbəri paylaş