Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Volodimir Zelenski: Rusiya razı olsa, danışıqları Azərbaycanda keçirə bilərik

Volodimir Zelenski: Rusiya razı olsa, danışıqları Azərbaycanda keçirə bilərik



Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin razılığı olacağı təqdirdə danışıqlar mərhələsinin Azərbaycanda keçirilməsinə hazır olduğunu bildirib.

Newscenter.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra bəyanatında deyib.

"Biz Azərbaycan Prezidentinə bildirdik ki, üçtərəfli danışıqlara hazırıq. Belə danışıqlar Türkiyədə olub. Sonradan amerikalı tərəfdaşların iştirakı ilə İsveçrədə danışıqlar baş tutub. Təbii ki, biz Rusiyanın diplomatiyaya hazır olacağı təqdirdə yaxın zamanlarda belə danışıqların Azərbaycanda keçirilməsinə hazırıq", - o qeyd edib.

Mehman
Xəbəri paylaş