Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Dini tolerantlıq ənənələrini qoruyub saxlayır

Azərbaycan Dini tolerantlıq ənənələrini qoruyub saxlayır



Azərbaycanda dini tolerantlıq tarix boyu xalqımızın milli kimliyinin mühüm tərkib hissəsi olub. Ölkəmizdə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri heç bir ayrı-seçkiliyə məruz qalmadan, sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. İslam dini ilə yanaşı xristianlıq, yəhudilik və digər dini icmalar da sərbəst şəkildə fəaliyyət göstərir və cəmiyyətin ayrılmaz parçasıdır.
Bu gün dünyanın bəzi bölgələrində dini dözümsüzlük, ksenofobiya və islamofobiya meyillərinin artması müşahidə olunur. Bu baxımdan Azərbaycanın multikultural və tolerantlıq modeli xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan dövləti öz ərazisində müxtəlif dinlərə məxsus ibadət yerlərini qoruyur, onların bərpasını və fəaliyyətini dəstəkləyir. İnsanların sərbəst ibadət etməsi üçün yüksək səviyyədə şərait yaradılıb ki, bu da bir çox ölkələr üçün nümunə hesab oluna bilər.
Dünyanın müxtəlif bölgələrində dini zəmində baş verən xoşagəlməz hadisələr – müqəddəs məkanlara qarşı zorakılıq, dini abidələrin dağıdılması, müqəddəs dəyərlərə hörmətsizlik halları – bu sahədə problemlərin hələ də mövcud olduğunu göstərir.
Azərbaycanda isə bütün dinlərin fəaliyyəti azaddır və bu müxtəliflik ölkəmizin zəngin mədəniyyətinin ayrılmaz hissəsidir. Cənab prezident İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərdə məscidlərin bərpası və yenidən tikilməsi də dövlətin dini-mənəvi dəyərlərə verdiyi önəmin göstəricisidir.
Məhəmməd Əsədullazadə
Xəbəri paylaş