Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqı Ukraynaya yardımları artırır

Avropa İttifaqı Ukraynaya yardımları artırır


"Avropa İttifaqının Ukraynaya ayırdığı 90 milyard avro kreditin verilməsi reallaşdı. Macarıstan Baş naziri V. Orban Ukraynaya verilməsi olan kreditə veto qoyurdu. V. Orbanın seçkilərdə məğlub olmasından sonra yeni hökumət bu kreditin verilməsinə səs verdi. Həmçinin Rusiyaya 20-ci sanksiyalar paketi qəbul olundu".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, 90 milyard avro Ukraynanın Rusiyanin hərbi işğalına qarşı müqavimətini daha da artıracaq:

"Rusiyanın Avropa İttifaqında dayaqları tam iflasa uğradı. Avropa kifayət qədər Ukraynaya dəstək olmaqla Rusiyanın qalib gəlməsinin qarşısını alacaq. Ukraynanın hərbi sənayesi güclənir. Rusiyanın neft emalı zavodları və digər hərbi maşınına aid olan obyektlər sıradan çıxarılır".

Süleyman
Xəbəri paylaş