Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ -ın Hörmüzdə blokadası İranı çətin vəziyyətlə üzləşdirir

ABŞ -ın Hörmüzdə blokadası İranı çətin vəziyyətlə üzləşdirir



"ABŞ-ın İrana qarşı blokadası nəticəsini verəcək. Tehran nə qədər təkzib etsə də, Vaşinqtonla dialoqdadır. ABŞ-ın Hörmüzdə İrana qarşı tətbiq etdiyi blokada Tehranın iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir etməkdədir".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, İranda sistem daxilində fikir ayrılıqları inkişaf edir:

"Demek olar ki, SEPAH -la prezident administrasiyası ABŞ-la dialoq məsələsində fikir ayrılıqlarına malikdir. Qeyd edim ki, Ali dini rəhbər M. Xameneinin danışıqlara razılıq verilməsi barədə açıqlaması olmuşdu. Artıq SEPAH o açıqlamaya düzəliş edərək, Ali dini rəhbərin danışıqlara ehtiyac olmadığı bəyanatını verib".

Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ SEPAH-ı sarsıtmaq üçün iqtisadi blokadani inkişaf etdirəcək:

"İranın sosial və iqtisadi vəziyyəti ağırlaşdıqca, SEPAH daxilində parçalanma olması istisna deyil. İran sonunda ABŞ-la razılığa gələcək. Tehran çalışır ki, öz mövqeyini qoruyaraq danışıqlarda maksimum müsbət nəticələr əldə etsin. Amma, ABŞ SEPAH-ın güclü şəkildə hakimiyyətdə qalmasına imkan verməyəcək".

Süleyman
Xəbəri paylaş