Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belarusdan Macarıstan və Slovakiyaya neft tranzitinə başlanılıb

Belarusdan Macarıstan və Slovakiyaya neft tranzitinə başlanılıb


Belarusun dövlətə məxsus "Belneftexim" şirkəti respublika ərazisindən Macarıstan və Slovakiyaya neft tranzitinə başlayıb.

Newscenter.az xəbər verir ki, bu barədə BelTA xəbər agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, buna səbəb sözügedən ölkələrə "Drujba" neft kəməri vasitəsilə Rusiyadan neft tranzitində yaranmış problemdir. Ukraynanın "Drujba" vasitəsilə neftin tranzitinə əngəl yaratması Macarıstan və Slovakiyanı alternativ variantlardan istifadə etmək məcburiyyətində qoyub.

Qeyd edək ki, Macarıstanın Aİ işləri üzrə naziri Yanoş Boka bir neçə gün əvvəl bildirib ki, Rusiyadan Ukrayna vasitəsilə Macarıstana Drujba boru kəməri ilə neft tədarükü 22 apreldə başlaya bilər.

Mehman
Xəbəri paylaş