Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güc yalnız sərtlikdə deyil, dinləməyi bacarmaqdadır

Güc yalnız sərtlikdə deyil, dinləməyi bacarmaqdadır


"Sülh yalnız müharibənin olmaması deyil, sülh insan ağlının, vicdanının və iradəsinin ən ali mədəniyyətidir. Çoxtərəflilik isə dövlətlərin bir-birinə üstün gəlməsi deyil, bir-birini anlamağı bacarmasıdır".

Newscenter.az xəbər verir ki, bunları Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, David Seliverstov 24 Aprel-Beynəlxalq Çoxtərəflilik və Sülh Naminə Diplomatiya Günü ilə bağlı fikirlərini ifadə edərkən səsləndirib. O deyib ki, diplomatiya bəzən sadəcə masa arxasında aparılan danışıq kimi görünür, amma əslində o, xalqların taleyini qoruyan ən incə və ən böyük məsuliyyətdir:

"BMT-nin Sülh naminə çoxtərəflilik və diplomatiya günü bizə xatırladır ki, güc yalnız sərtlikdə deyil, dinləməyi bacarmaqdadır. Ən böyük siyasi müdriklik qarşıdurmanı dərinləşdirməkdə yox, fərqliliklər içində ortaq yol tapmaqdadır. Çünki sülh qurulan yerdə insanlıq nəfəs alır, dialoq olan yerdə gələcək yaşayır".

Süleyman
Xəbəri paylaş