
Yaponiya hazırda Ukraynaya ölümcül silahlar tədarük etməyi düşünmür.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Yaponiyanın Moskvadakı səfirliyi məlumat yayıb.
Diplomatik missiya qeyd edib ki, Tokio hələ Ukraynaya ölümcül və dağıdıcı avadanlıqlar tədarük etməyib və hazırda bu cür avadanlıqların təhvil verilməsi imkanını da nəzərdən keçirmir:
"Bundan əlavə, qeyd etmək lazımdır ki, Yaponiya Ukrayna ilə müdafiə avadanlıqları və texnologiyalarının təhvil verilməsi ilə bağlı müqavilə bağlamadığı üçün Ukrayna alıcı tərəf ola bilməz".
Anar











































