Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya məktəblərində infeksiya yayılır

Rusiya məktəblərində infeksiya yayılır


Rusiya məktəblərində şagirdlər arasında bağırsaq infeksiyası yayılıb.

Newscenter.az TASS-a istiadən bildirir ki, Yekaterinburqdakı bir gimnaziyada yoxlama zamanı 22 şagirddə salmonella infeksiyası aşkar edilib.

Daha əvvəl regional prokurorluq 20-dən çox gimnaziya şagirdinin kəskin bağırsaq infeksiyaları ilə bağlı tibbi yardıma müraciət etməsindən sonra araşdırma başlatmışdı. Birinci və ikinci sinif şagirdləri olan şagirdlərə tibbi yardım göstərilib.

Hadisələrin baş verdiyi siniflər distant təhsilə keçirilib. İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət (İH) işçilərin testdən keçirilməsi və dezinfeksiya edilməsi üçün göstərişlər verib. İnfeksiyanın məktəbdə satılan ərzaq məhsullarından yayıldığı ehtimal olunur.

Anar
Xəbəri paylaş