Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan regionda sabitlik və sülhün təmin olunmasına sadiq qalır

Azərbaycan regionda sabitlik və sülhün təmin olunmasına sadiq qalır


Avropa Parlamenti son illərdə mandatından kənar, dövlətlərin daxili işlərinə qarışmaqla məşğuldur.
Parlamentin bu qeyri-sabit davranışlarını bir sıra məqamlar aydın izah edir:
• Avropa İttifaqı daxilində, xüsusilə xarici siyasət məsələlərində, üç əsas institut arasında vahid və ardıcıl mövqe yoxdur.
• Aydındır ki, parlament daxilində üçüncü tərəflərin mövqelərini səsləndirən maraq qrupları və lobbiçilər fəaliyyət göstərir.
• Son illərdə baş vermiş müxtəlif korrupsiya qalmaqalları Avropa Parlamentində şəffaflıqla bağlı ciddi suallar doğurmuşdur. Bu qalmaqallar fonunda diqqət çəkən məqam ondan ibarətdir ki, vaxtilə Azərbaycanı müəyyən məsələlər üzrə ittiham edən bəzi deputatlar sonradan özləri istintaqa cəlb olunmuşlar. Bu faktlar institutun özünün etibarlılığını itirdiyini və daxildə müəyyən problemlərlə üzləşdiyini göstərir.
• Zaman-zaman Rusiya ilə şübhəli əlaqələr bu qurumun nüfuzuna xələl gətirir.
• Digər tərəfdən, AP-də təmsil olunan qruplar seçici qarşısında məsuliyyət daşımırlar, çünki onlar əsasən öz ölkələrində seçkilərdə uğursuz olmuş siyasətçilərdir.
Azərbaycan Avropa Parlamentinin ikili standartları ilə üzləşən yeganə ölkə deyil. Avropa Parlamenti bir daha ölkəmizə qarşı əsassız, birtərəfli və həqiqəti əks etdirməyən iddialar irəli sürməyə çalışdı və layiqli cavabını aldı.
AP-ın qərar və qətnamələrinin ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur. Bu baxımdan, Milli Məclis tərəfindən ölkəmiz əleyhinə qərəzli və əsassız kampaniyaların məkanına çevrilmiş AP və onun aidiyyatı strukturları ilə münasibətlərin dayandırılması doğru bir qərardır.
Azərbaycan regionda sabitlik və sülhün təmin olunmasına sadiq qalır. Dövlət Başçımız dəfələrlə vurğulamışdır ki, əsas məqsəd Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsidir.
Mövqeyimiz aydındır: regionda sülh, sabitlik və əməkdaşlıq – hər kəs üçün əsas prioritet, məhz, bu olmalıdır.

Pərvanə Vəliyeva
Xəbəri paylaş