
"Avropa Parlamenti və Azərbaycan arasında münasibətlər zaman-zaman sözügedən qrumun qeyri-obyektiv, xüsusilə, qərəzli mövqeyi səbəbindən gərginləşmişdir. Aprelin 30-da baş verən proseslər də məhz mahiyyət etibarilə Avropa Parlamenti tərəfindən ölkəmizə qarşı ənənəvi ritorikanın sadəcə bir elementi idi və rəsmi Bakı haqlı etiraz əlaməti olaraq bu təşkilatla əlaqələri sonlandırdı. Ümumiyyətlə, özünü daim ali dəyərlərin müdafiəçisi qismində qələmə verən Avropa Parlamenti faktiki olaraq ikili standartların, milliyyətçiliyin və dini ayrı-seçkiliyin köksaldığı maraqlar subyektinə çevrilmişdir".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə, xüsusilə, diqqət etmək lazımdır ki, Azərbaycan - Ermənistan münasibətləri çərçivəsində sözügedən qrum tamamilə reallıqlardan uzaq, dini təsübkeşliy yanaşması fonunda mövqe nümayiş etdirməklə əsl mahiyyətini dəfələrlə nümayiş etdirmişdir:
"İndi də eyni düşüncə, eyni qərəz və sifariş əsaslı ritorika özünü aydın şəkildə əks etdirir. Təbii ki, Avropa Parlamenti tərəfindən deyilən hər hansı bir fikirin və yaxud qəbul edilən sənədin bizim üçün heç bir hüquqi keçərliliyi yoxdur. Azərbaycan özünün xarici siyasət prioritetlərini müəyyənləşdirmiş müstəqil və güclü aktordur. Rəsmi Bakı diqtə əsasında deyil, bərəbarhüquqlu əməkdaşlığı meyar olaraq qəbul edən gücdür. Bizimlə məhz təqdim etdiyimiz sərhədlər çərçivəsində əməkdaşlıq edən istənilən dövlət və yaxud təşkilat prosesin faydasını görür. Son günlər ard-arda Avropa rəsmilərinin səfərləri bunu bir daha təsdiq edir".
Süleyman











































