Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avrasiya İnkişaf Bankı Özbəkistana 2 milyard dollar ayıracaq

Avrasiya İnkişaf Bankı Özbəkistana 2 milyard dollar ayıracaq


Avrasiya İnkişaf Bankı (AYİB) 2031-ci ilə qədər Özbəkistandakı layihələr üçün ən azı 2 milyard dollar investisiya ayırmağı planlaşdırır.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə AYİB-in İdarə Heyətinin sədri Nikolay Podquzov Daşkənddəki bankın nümayəndəliyinin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, bank Özbəkistanda dövlət zəmanəti olmadan maliyyələşdirmə həcmini ildə ən azı 500 milyon dollara çatdırmağı hədəfləyir:

“Qeyri-suveren maliyyələşdirmə həcmi baxımından hədəfimiz ildə ən azı 500 milyon dollardır. Beləliklə, növbəti strateji dövrdə respublika iqtisadiyyatına ən azı iki milyard dollar investisiya qoyacağıq”.


Podquzov qeyd edib ki, AYİB investisiyaları əsasən nəqliyyat, nəqliyyat kommunikasiyaları və infrastrukturu, logistika, enerji, su və enerji, eləcə də sənaye sektorlarına yönəldiləcək.

Aygün

Xəbəri paylaş