Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Pakistan enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Pakistan enerji sahəsində əməkdaşlığı müzakirə edib




Azərbaycan və Pakistan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Newscenter.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Pakistanın iqlim dəyişikliyi və ətraf mühitin əlaqələndirilməsi məsələləri üzrə federal naziri Musadik Masud Malik ilə görüş keçirib.

Görüşdə ikitərəfli enerji əməkdaşlığı gündəliyində yer alan məsələlərlə yanaşı, elektrikləşmə, enerji mənbələri və marşrutlarının diversifikasiyası, enerji bağlantıları və ekoloji təhlükəsizlik istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Süleyman
Xəbəri paylaş