
"Bakı-Tiflis-Bakı xətti üzrə sərnişin qatarlarının fəaliyyəti 26 maydan etibarən bərpa olunacaq. İllərdir gözlənilən məsələ nəhayət ki, rəsmiləşdi".
Newscenter.az xəbər verir ki, bunları “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud deyib. O qeyd edib ki, Borçalıdakı soydaşlarımız və ora kökənli vətəndaşlarımız Azərbaycan-Gürcüstan arasındakı quru yolunun bağlı olmasına görə ötən 5 ildən artıq müddətdə çox əziyyət çəkdilər:
"Sərnişin qatarının yenidən işə başlaması bu istiqamətdə olan böyük çətinlikləri qismən də olsa aradan qaldırmağa kömək edəcək. İnşallah ki, bilet qiymətləri gələcək sərnişinləri məyus etməyəcək. Bakı-Tiflis sərnişin qatarının fəaliyyətə başlaması ümumilikdə bütün vətəndaşlarımız üçün faydalı və sevincli xəbərdir".
Süleyman











































