Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya nüvə təlimlərinə başlayır

Rusiya nüvə təlimlərinə başlayır


19-21 may tarixlərində Rusiya Silahlı Qüvvələri təcavüzkar təhlükə qarşısında nüvə qüvvələrinin hazırlanması və tətbiqi üzrə təlimlər keçirəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, təlimlərdə 64 mindən çox hərbçinin iştirakı nəzərdə tutulur.

Həmçinin, təlimlərə 7800-dən çox silah, hərbi və xüsusi təyinatlı nəqliyyat vasitələri cəlb olunacaq.

Təlimlərə 200-dən çox raket buraxılış qurğusu, 140-dan çox təyyarə, 73 yerüstü gəmi və səkkiz strateji raket sualtı qayığı da daxil olmaqla 13 sualtı qayıq da qoşulacaq.

Nazirlik bəyan edib ki, Rusiya Silahlı Qüvvələrinin nüvə təlimlərinin məqsədi düşməni qorxutmaq üçün hərəkətlər etmək və iştirak edən qoşunların hazırlıq səviyyəsini yoxlamaqdır.

Şeyda
Xəbəri paylaş