Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin Xalq Respublikasında keçiriləcək təlimlərdə iştirak edəcək mediatorlarla görüş keçirilib

Çin Xalq Respublikasında keçiriləcək təlimlərdə iştirak edəcək mediatorlarla görüş keçirilib


Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında insan resurslarının inkişafı sahəsindəki əməkdaşlıq çərçivəsində Çin Xalq Respublikasında təşkil edilən 2-3 həftəlik seminarlarda Azərbaycan Respublikasının Mediasiya Şurasının da təmsilçiliyinə yer ayrılıb. May ayından etibarən başlanması nəzərdə tutulan seminarlarda Mediasiya Şurasını 15 nəfər mediator təmsil edəcəkdir.

Newscenter az xəbər verir ki, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov seminarda iştirak edəcək mediatorlarla görüşüb. Görüşdə bu seminarlara qatılacaq mediatorlarla təlimat qaydaları əsasında söhbət və müzakirə aparılıb, onlar bu mötəbər seminarlarda iştirakları münasibətilə təbrik edilib. Nadir Adilov qeyd edib ki, seminarların keçirilməsində əsas məqsəd ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq və qarşılıqlı fəaliyyəti daha da gücləndirməkdir.

Qeyd edilən seminarlarda Mediasiya Şurası nümayəndələrinin, eyni zamanda mediatorların iştirak etməsi müvafiq mövzular üzrə müxtəlif formalı mübahisələrin mediasiya vasitəsilə həllində mediatorlar barədə dolğun təsəvvür yaradacaq. Belə ki, nümayəndələrimizin bu seminarlarda iştirakı onlarda sahəvi bilikləri inkişaf etdirəcək, beynəlxalq səviyyədə sahənin öyrənilməsi və gələcək praktikalar üçün mühüm rol oynayacaqdır.

Nadir Adilov yaradılan şəraitə görə Azərbaycan və Çin dövlətlərinə təşəkkürünü bildirib.

Çin Xalq Respublikasında təşkil ediləcək seminarlarda Mediasiya Şurasını Tural Məmmədov, Xəlil Süleymanlı, Nəsimi Mirzəyev, Bahadur Muradov, Azər Qurbanov, Samir Zeynalov, Əkbər Cəfərli, Saleh Şükürov, Bənövşə Məmmədova, Nemət Ağalarov, Ayan Tağızadə, Elnur Camalxanov, Günay Cəfərova, Sevinc Ağayeva və Leyla Şahbazova təmsil edəcəkdir.

Süleyman
Xəbəri paylaş