
Filippində baş verən zəlzələ 6 mindən artıq məktəb binasına zərər vurub.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Filippinin Təhsil Departamenti məlumat yayıb. Bildirilib ki, Filippinin cənubunda baş verən zəlzələ nəticəsində Mindanao adasının beş bölgəsində 6200-dən çox məktəb yararsız vəziyyətə düşüb.
Departamentin məlumatına görə, zəlzələ 3,2 milyondan çox şagirdin təhsil aldığı və təxminən 128.000 müəllim və digər işçinin çalışdığı 6224 təhsil müəssisəsini əhatə edib. Hakimiyyət orqanları zəlzələ baş vermiş ərazilərdəki bütün məktəblərdə dərsləri dayandırıb.
Qeyd edək ki, Filippində 7,8 bal gücündə baş verən zəlzələ nəticəsində 32 nəfər ölüb, 134 nəfər yaralanıb.
Arzu












































