Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsilin keyfiyyəti diplomun rəngi ilə deyil, əldə olunan nəticələrlə ölçülməlidir

Təhsilin keyfiyyəti diplomun rəngi ilə deyil, əldə olunan nəticələrlə ölçülməlidir


"Təhsil sahəsində bəzi məqamlar var ki, onların üzərində daha ciddi düşünməyə ehtiyac olduğunu hesab edirəm. Azərbaycanda Dövlət İmtahan Mərkəzi buraxılış və qəbul imtahanları keçirir. Rus bölməsində oxuyan şagirdlər üçün rus, Azərbaycan bölməsində oxuyanlar üçün Azərbaycan dilində imtahanlar təşkil olunur. Bəs son illərdə sayı artan ingilisdilli məktəblərdə və ya universitetlərin ingilis bölmələrinə hazırlaşan şagirdlər üçün vəziyyət necədir?

Əgər bir şagird uzun illər təhsilini ingilis dilində alıbsa, qəbul imtahanlarında onun dil mühitinə uyğun mexanizmlərin olub-olmaması barədə düşünmək lazımdır. Çünki həmin şagird yenə də Dövlət İmtahan Mərkəzinin proqramına uyğun hazırlaşmağa məcbur olur. Bu məsələ müzakirə edilməli və təhsil siyasətində nəzərə alınmalıdır".

Newscenter.az xəbər verir ki, bunları təhsil üzrə ekspert Kəmalə Bayramova deyib. Onun sözlərinə görə, digər bir məsələ isə hələ də cəmiyyətdə “qırmızı diplom” anlayışına həddindən artıq önəm verilməsidir:

"Əslində diplomun rəngindən daha vacib olan məzunun biliyi, bacarığı, analitik düşüncəsi və əmək bazarında özünü təsdiq edə bilməsidir. Təhsilin keyfiyyəti diplomun rəngi ilə deyil, əldə olunan nəticələrlə ölçülməlidir.

Müəllimlərin sertifikatlaşdırılması və təhsil sahəsində aparılan islahatlar vacibdir. Ancaq təhsil sistemində mövcud olan digər boşluqların da araşdırılması, müzakirə edilməsi və həlli istiqamətində addımlar atılması zəruridir".

Süleyman
Xəbəri paylaş