Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prokuror "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə cəza tələb edib

Prokuror "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə cəza tələb edib


Prokuror "Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasova cəza tələb edib.

Newscenter.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədliyi ilə keçirilən prosesdə prokuror Akif Qurbanovun 16 il, Ələsgər Məmmədlinin 15 il, Ruslan İzzətli 16 il, Ramil Babayev 14 il , Əli Zeynalov 15 il , Müşfiq Cabbarov 14 il, İlkin Əmrahov 14 il, Fərid İsmayılov 13 il, Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

O, Elmir Abbasovun məhkəmə zalında həbs olunmasını istəyib.

Həmçinin prokuror təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş maşınları və evlərinin müsadirə edilərək mülki iddianın təmin edilməsini təklif edib.

Proses iyunun 22-də davam etdiriləcək.

Xatırladaq ki, 2024-cü ilin martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.

Aygün
Xəbəri paylaş