Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Süni intelekt layihələri üzrə investorlar 2040-cı ilə qədər bütün vergi və rüsumlardan azad ediləcək

Süni intelekt layihələri üzrə investorlar 2040-cı ilə qədər bütün vergi və rüsumlardan azad ediləcək



Özbəkistan süni intellekt layihələri və məlumat mərkəzləri üçün xüsusi zona yaradıb.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib ki, bu sahədə atılan addımların bir hissəsi kimi bu sahədə fəaliyyət göstərən investorlar 2040-cı ilə qədər bütün vergi və rüsumlardan azad edilib.

Dövlət başçısı deyib ki, süni intellekt şəbəkəsinin inkişafı dövrümüzün vacib tələbidir:

"Xarici ekspertlər proqnozlaşdırırlar ki, növbəti beş il ərzində Özbəkistanda bu yeni istiqamətdə ən azı 10 milyard dollar əlavə dəyər yaradılacaq.

Süni intellektin bütün sektorlara geniş tətbiqi üçün ən yaxşı təcrübələrə əsaslanan Milli Strategiya qəbul etmişik. Onun çərçivəsində "Beş Milyon Lider" proqramı işə salınıb.

Əsas vəzifəmiz süni intellektin təhsildə, dövlət xidmətlərində və biznes proseslərində geniş istifadəsi vasitəsilə əhalinin bütün təbəqələrinin həyatını yaxşılaşdırmaqdır".

Süleyman
Xəbəri paylaş