Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Azər Əmiraslanov Mərakeşə gedəcək

Deputat Azər Əmiraslanov Mərakeşə gedəcək


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov iyunun 18-də Mərakeş Krallığının Mərakeş şəhərinə səfər edəcək.

Newscenter.az xəbər verir ki, komitə sədri səfər zamanı Avro-Aralıq Dənizi və Körfəz regionları üzrə Aralıq Dənizi Parlament Assambleyasının Mərakeş İqtisadi Parlament Forumunda iştirak edəcək.

Tədbirdə region ölkələri arasında iqtisadi inteqrasiya, süni intellektə investisiya qoyuluşunun təşviqi, Avropa-Aralıq dənizi və Körfəz süni intellekt mərkəzinin yaradılması, mavi iqtisadiyyat vasitəsilə məşğulluğun stimullaşdırılması, KOB-lar və startaplar innovasiya və gənclərin məşğulluğunun hərəkətverici qüvvəsi kimi, iqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə təsirlərinin həlli məsələləri müzakirə olunacaq.

Səfər iyunun 22-də başa çatacaq.

Süleyman
Xəbəri paylaş