
"Məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə bildirilib ki, bağçalardakı məktəbəhazırlıq qrupları ləğv olunur və yeni tədris ilində fəaliyyət göstərməyəcək. Bununla bağlı müdirlərdən qısa müddətdə sənədləri yenidən təsdiqləmələri tələb olunub".
Newscenter.az xəbər verir ki, bunu Mingəçevirdən olan təhsil ictimaiyyətinin nümayəndəsi Sevinc Məmmədova bildirib. O qeyd edib ki, valideynlər məktəbəhazırlıq qruplarının saxlanılması üçün müraciətlər edir və uşaqların bu təhsilə ehtiyacı olduğunu bildirirlər:
"Mənim sualım çox sadədir: bu qərarın hüquqi əsası haradadır? Əmr varmı? Qərar varmı? Rəsmi sənəd varmı?".
Sevinc Məmmədova vurğulayıb ki, təhsil işçiləri iş yerlərinin taleyindən narahatdırlar:
"Buna baxmayaraq, yüzlərlə ailəni və təhsil işçisini narahat edən məsələ ilə bağlı ortada ictimaiyyətə təqdim edilən heç bir rəsmi sənəd yoxdur. Təhsil sistemində bu cür mühüm qərarlar şifahi göstərişlərlə deyil, qanunvericiliyə uyğun sənədlərlə qəbul edilməlidir.
Aidiyyəti qurumlardan və məsul şəxslərdən tələb edirik ki, məktəbəhazırlıq qruplarının ləğvi ilə bağlı hüquqi əsasları ictimaiyyətə açıqlasınlar. Söhbət təkcə bir qərardan deyil, uşaqların təhsil hüququndan və insanların əmək taleyindən gedir".
Süleyman












































