Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Qvineya arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qvineya arasında Anlaşma Memorandumu imzalanıb


Azərbaycan və Qvineya arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində İqtisadiyyat Nazirliyi ilə Qvineyanın Planlaşdırma, Beynəlxalq Əməkdaşlıq və İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Newscenter.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

M. Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Qvineyanın planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri İsmael Nabe və infrastruktur naziri Fasine Silla ilə görüşüb. Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın müqavilə-hüquq bazasının genişləndirilməsi və biznes tərəfdaşlığının potensialının reallaşdırılması qeyd edilib.

O bildirib ki, sənədin icrası ticarət, investisiya, texnologiya sahəsində işbirliyinin, davamlı və inklüziv inkişaf təşəbbüslərinin dəstəklənməsinə töhfə verəcək.

Arzu
Xəbəri paylaş