
Son beş ildə Türkmənistan istisna olmaqla, Mərkəzi Asiya ölkələrinin xarici borcu 34,9% artıb.
Newscenter.az bu barədə Ranking.kz-a istinadən xəbər verir. Məlumata görə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın xarici borcu ötən il təxminən 290,8 milyard dollar təşkil edib.
Ən böyük borc Qazaxıstanındır. Keçən il Qazaxıstanın digər ölkələrə borcu 10,4% artıb.
Özbəkistanın da xarici borcu son illərdə, o cümlədən 2025-ci ilin sonuna qədər rekord sürətlə artıb. Keçən il ölkə bu rəqəmi 26% artıraraq 89,6 milyard dollara çatdırıb. Beş il əvvəlki məlumatlarla müqayisədə artım 2,5 dəfə olub. Qırğızıstan və Tacikistanda son illərdə beynəlxalq borcun artımı orta səviyyədə olub.
Süleyman











































