
"İnsan hüquqları və azadlıqları insanlığın ən ali dəyəri, şərəf və ləyaqət isə bu dəyərin toxunulmaz sərhədidir".
Newscenter.az xəbər verir ki, bunu beynəlxalq hüquq müdafiəçisi, Qlobal Həmrəylik Şurasının Qafqaz regionu üzrə rəhbəri David Seliverstov 18 İyun Azərbaycanda İnsan Hüquqları Günü ilə bağlı fikirlərini bölüşərkən qeyd edib. Onun sözlərinə görə, 18 İyun İnsan Hüquqları Günü bizə bir daha xatırladır ki, insanın azadlığı, hüquqi müdafiəsi və ləyaqətli yaşamaq haqqı hər bir cəmiyyətin əsas mənəvi və hüquqi dayağıdır:
"İnsan hüquqlarının qorunması yalnız qanunların tələbi deyil, həm də vicdanın, ədalətin və insanlığın ən ali borcudur".
Süleyman











































