Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Çinin Sıçuan əyaləti ilə iqtisadi əməkdaşlığı genişləndirir

Azərbaycan Çinin Sıçuan əyaləti ilə iqtisadi əməkdaşlığı genişləndirir


Azərbaycan və Çinin Sıçuan əyaləti arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və müxtəlif sahələr üzrə potensial tərəfdaşlıq imkanları müzakirə olunub.

Bu barədə Newscenter.az-a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Bildirilib ki, bu barədə müzakirələr AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Sıçuan Əyalət Komitəsinin nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.

Görüşdə Y.Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ixracın və investisiyaların təşviqi mexanizmləri barədə danışıb.

CCPIT-nin Sıçuan Şurasının və Siçuan Beynəlxalq Ticarət Palatasının prezidenti xanım Lyu Furonq təmsil etdiyi qurumun fəaliyyəti, Sıçuan əyalətinin iqtisadi potensialı və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verib.

Görüş zamanı "yaşıl enerji", qida, içki və kənd təsərrüfatı sənayesi, logistika və təhsil sahələrində potensial əməkdaşlıq perspektivləri müzakirə olunub. Qarşı tərəf Azərbaycanı cari ildə Sıçuanda keçiriləcək beynəlxalq sərgi və tədbirlərdə iştirak etməyə, həmçinin sənaye parklarının fəaliyyəti ilə tanış olmağa dəvət edib.

Bu müstəvidə, birgə sənaye parklarının yaradılması sahəsində təcrübə mübadiləsi, eləcə də insan kapitalının inkişafı və sözügedən istiqamət üzrə təlimlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Aygün
Xəbəri paylaş