Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AZAL Naxçıvana kiçik tutumlu və köhnə E90 təyyarələrlə uçuş həyata keçirir

AZAL Naxçıvana kiçik tutumlu və köhnə E90 təyyarələrlə uçuş həyata keçirir



AZAL - (Azerbaijan Airlines) sərinişin daşımada "maraqlı" dəyşikliklər edib. Məsələn, əvvəl sərnişin təyyarəyə gecikdikdə biletin müəyyən miqdarda ödənişini geri ala bilirdi. Sonra isə bu qaydanı ləğv etdilər. Belə bir nüans ortaya çıxır bəs AZAL özü gecikdikdə bileti nə üçün ödənişsiz etmir?! Səbəbindən asılı olmayaraq Hava yolu şirkəti vətəndaşın ödənişini geri qaytarmalıdır, çünki səbəbindən asılı olmayaraq vətəndaş gecikdikdə Hava yolu şirkəti ödənişi geri ödəmir. Bu əlbəttə ki ədalətli deyil. Tərəflərin vəzifələri qarşlıqlı olmalıdır. Hər hansı tərəf özünə hüquqa zidd imtiyaz tanıya bilməz".

Newscenter.az xəbər verir ki, bunları Naxçıvan Dövlət Universitetinin müəllimi Atilla Öztürk AZAL-ın səmərəsiz və sərnişinlərə problem yaradan fəaliyyətindən danışarkən qeyd edib. O bildirib ki, AZAL dəfələrlə məlumat vermədən reyslərin vaxtını dəyişir və sərinişinlərə ya məlumat vermir, ya da çox gec məlumat verir:

"Dəfələrlə bu barədə AZAL-a yazsam da yola ver xarakterli ümumi cavablar veriblər. Bir çox halda hava şəraitinin əlverişsiz olduğunu əsas gətirilər. Sual edirəm hava şəraitinə görə uçuşun mümkün olmaması ilə bağlı AZAL tərəfindən nə üçün rəsmi hesabatlar, sənədlər və verilən qərarlar açıqlanmır? Son zamanlar göydən 1 damla yağış düşən kimi reyslər ləğv edilir. Əlbəttə ki biz də uçuşların təhlükəsiz şəraitdə keçməsini istəyirik, fəqət bu haldan sui-istifadə edilməməlidir. Xatırlatmaq istəyirəm ki, yaxın keçmişə qədər Azal Naxçıvan istiqamətində iri tutumlu təyyarələrdən istifadə edirdi, bəs nə oldu da radikal qərarla kiçik tutumlu və köhnə E90 təyyarələrinə keçid edildi?! Hava şəraitinə görə təhlükəsizliyə önəm verən hava yolu necə olur ki, daha köhnə təyyarələrlə uçuş həyata keçirməyi təhlükəsiz hesab edir?!!".

Süleyman
Xəbəri paylaş