Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AZAL Prezidentin sərəncamını niyə yerinə yetirmir?

AZAL Prezidentin sərəncamını niyə yerinə yetirmir?


Atilla Öztürk onu da deyib ki,

"Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 iyin 2023-cü il tarixli 3910 nömrəli Sərəncamının 8.7.6-ci bəndində aşağı büdcəli hava nəqliyyatı şirkətləri tərəfindən Naxçıvan MR ilə digər yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşımalarının təşkil edilməsi barədə müddəa hələ də AZAL tərəfindən yerinə yetirilməyib".

Newscenter.az xəbər verir ki, bunu Naaxçıvan Dövlət Universitetinin müəllimi Atilla Öztürk deyib. Onun sözlərinə görə, dövlət proqramının icra müddətinin bitməsinə çox az qalsa da təəssüf ki, AZAL və digər icraçılar tərəfindən icra edilməyib:

"Naxçıvan MR sakinlərinin Azərbaycanın əsas hissəsinə operativ çıxışın hava yolu olduğunu təəssüf ki, AZAL nəzərə almır və ya ala bilmir. Əksər hallarda insanlar müalicə, yas məclisləri üçün və sair səbəblərdən qeyd olunan istiqamətdə uçuş etməli olurlar, fəqət təyyarə biletinin tapılmaması insanları narahat etməyə bilməz. AZAL dəfələrlə uçuşu öncədən planlaşdırmağı tövsiyə edir, fəqət qeyd edilən hallarda uçuşun öncədən planlanması mümkün deyil. Naxçıvan kimi strateji əhəmiyyətə malik bir yer üçün gözləyib-gözləyib təyyarədəki oturcaqların sayı qədər sərinişin müraciətini alıb, yeni reys açmaq doğru deyil".

Süleyman
Xəbəri paylaş