Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mediasiya Şurasının nümayəndələri Çində beynəlxalq seminarlarda iştirak edir

Mediasiya Şurasının nümayəndələri Çində beynəlxalq seminarlarda iştirak edir



Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında insan resurslarının inkişafı sahəsində əməkdaşlıq çərçivəsində Çində təşkil edilən 2–3 həftəlik beynəlxalq seminarlarda Azərbaycan Respublikasının Mediasiya Şurasının da təmsilçiliyi nəzərdə tutulub. Mediasiya Şurasının nümayəndələri Nahid Atluxanov və Zərifə Mustafayeva Pekin şəhərində keçirilən təlimlərdə iştirak edir.

Newscenter.az Mediasiya Şurasına istinadən bildirir ki, qeyd olunan seminarlarda Mediasiya Şurası nümayəndələrinin, o cümlədən mediatorların iştirakı müvafiq mövzular üzrə müxtəlif formalı mübahisələrin mediasiya vasitəsilə həllində mediatorlar barədə dolğun təsəvvür formalaşdıracaq.

Belə ki, nümayəndələrimizin bu seminarlarda iştirakı onların sahəvi biliklərini inkişaf etdirəcək, beynəlxalq səviyyədə təcrübə qazanmasına və gələcək praktikaların formalaşmasına mühüm töhfə verəcəkdir.

Süleyman
Xəbəri paylaş