Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda ana və uşaq ölümü azalıb

Qazaxıstanda ana və uşaq ölümü azalıb


Son illərdə səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində əhalinin sağlamlıq təminatı kifayət qədər yaxşılaşıb.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib. Dövlət başçısı bildirib ki, səhiyyə sahəsində həyata keçirilən tədbirlər ölkədə ana və uşaq ölümünün də azalmasına səbəb olub:

"Keçən il ölkəmizdə vətəndaşların orta ömür uzunluğu 76 ilə yaxınlaşdı. Son üç ildə ana ölümü 35 faiz, körpə ölümü isə 24 faiz azalıb. Bu, müstəqillikdən bəri ən aşağı göstəricidir".

Tokayev qeyd edib ki, son yeddi ildə ölkə üzrə təxminən 1300 səhiyyə müəssisəsi tikilib istifadəyə verilib.

Süleyman
Xəbəri paylaş