Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nigeriya ilə qarşılıqlı investisiya imkanlarının artırılması müzakirə ediləcək

Nigeriya ilə qarşılıqlı investisiya imkanlarının artırılması müzakirə ediləcək


Azturk Holding-in dəvəti ilə Nigeriya Federativ Respublikasından ölkəmizə səfər edən, bu ölkənin innovasiya nazirinin xüsusi müşaviri Tope ilə Azturk Holding-in baş ofisində görüş keçiriləcək.

Newscenter.az xəbər verir ki, qonağın Azərbaycana səfəri iki ölkə arasında iqtisadi və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə Azturk Holding və Nigeriya şirketleri arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması, innovasiya ekosisteminin gücləndirilməsi, rəqəmsal transformasiya, süni intellekt, yüksək texnologiyalar və birgə layihələrin həyata keçirilməsi istiqamətində geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Azturk Holding beynəlxalq əməkdaşlıqların genişləndirilməsini özünün əsas strateji prioritetlərindən biri hesab edir və dost Nigeriya ilə uzunmüddətli, qarşılıqlı faydalı tərəfdaşlığın qurulmasına böyük önəm verir.

Süleyman
Xəbəri paylaş