
Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, təbii fəalkət zamanı 971 nəfər yaralanıb. Onlarla bina dağılıb. Paytaxtda metro və qatar xidmətləri dayandırılıb.
Venesuelanın daxili işlər naziri Diosdado Kabello bildirib ki, güclü yeraltı təkanlar nəticəsində Karakasda bir neçə bina uçub. Karakasdakı Mayketiya Beynəlxalq Hava Limanı da zərərə görə bağlanıb.
Qeyd edək ki, iyunun 24-ü axşam saatlarında Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki silsilə təkan qeydə alınıb. Onların episentrləri Venesuelanın Yaracuy əyalətində bir-birindən 10 kilometr aralıda yerləşib.
Şeyda












































