Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya qonşuluq münasibətlərində səmimi deyil

Rusiya qonşuluq münasibətlərində səmimi deyil


"Rusiya bir tərəfdən Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır, digər tərəfdən isə Ukraynaya qarşı başladığı müharibə çərçivəsində bütün normaları pozaraq bu ölkə ərazisində mövcud olan Azərbaycana aid şirkətləri, infrastukturu, mülki obyektləri hədəf alır. Ötən gün Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsi dron hücumuna məruz qalması bunun əyani sübutudur. Məlumata görə, üç ədəd "Şahed" tipli hücum PUA-sı Nikolayev vilayətinin Neçayane kəndində, Odeska küçəsi 2A ünvanında yerləşən yanacaqdoldurma məntəqəsini hədəfə alıb. Zərbə nəticəsində məntəqənin inzibati binasına ziyan dəyib. Artıq neçənci dəfədir ki, Rusiya Ukraynada Azərbaycana aid olan bu kimi obyektlərə hava zərbələri endirir".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, bundan əvvəl də Rusiya Ukraynadakı Azərbaycan səfirliyinin yaxınlığına raket atmış və diplomatik missiyamız zərər görmüşdü:

"Moskva hər dəfə bunu texniki problem və ya anlaşılmazlıq kimi qələmə versə də, ancaq reallıq ondan ibarətdir ki, bu kimi mənfi halların qəsdən baş verir. Çünki Rusiyanın hərbi və siyasi rəhbərliyində Ukrayna ərazisində nəinki Azərbaycana, ümumən digər ölkələrə məxsus səfirlik binaları, mülki obyektlərin dəqiq koordinatları mövcuddur. Ona görə də həm Kiyevdəki Azərbaycan səfirliyinə, həm də Nikolayevdəki SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə edilən hücum bilərəkdən baş verib".

Arzuman Muradlının sözlərinə görə, Rusiya bu kimi əməlləri ilə bir daha qonşuluq münsibətlərində qeyri-səmimi olduğunu ortaya qoyur, eyni zamanda Azərbaycanla imzalanmış strateji müttəfiqlik sazişinə əməl etmədiyini sərgiləyir.

Süleyman
Xəbəri paylaş