
Dünyada daim hərbi əməliyyatlarla məşğul olan yeganə ölkə ABŞ-dır.
Newscenter.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Ali hərbi təhsil müəssisələrinin məzunlarının və yüksək rütbəli zabitlərin təltif olunma mərasimində çıxış edən dövlət başçısı qeyd edib ki, ən güclü və effektiv ordu döyüşən ordudur.
"Lakin Belarus üçün silahlı qüvvələrin inkişafının bu üsulu qəbuledilməzdir", deyə o bildirib.
Lukaşenko, "Dünyada daim müharibə aparan yalnız bir ölkə var. ABŞ. Bizə bu lazım deyil; bu, bizə yaraşmır. Buna görə də, gəlin sahib olduğumuz təcrübədən istifadə edək. Bu, ilk növbədə sizə - zabitlərə və generallara aiddir", - deyə söyləyib.
Arzu












































