
Ermənistan Avrasiya İqtisadi Birliyində iştirakını davam etdirməkdə maraqlıdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Ermıni baş nazir bunu Yekaterinburqda Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşündə deyib.
O bildirib ki, İrəvan təşkilat daxilində mexanizmlərinin planlaşdırıldığı kimi işləməsini təmin etməkdə maraqlıdır.
"Biz AİB-də iştirakımızda və AİB Müqaviləsində nəzərdə tutulan mexanizmlərin planlaşdırıldığı kimi işləməsini təmin etməkdə maraqlıyıq. Hesab edirəm ki, bu, AİB-in gələcək inkişafı üçün maraq kəsb edir", - deyə o bildirib.
Arzu












































