Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pavel Elizarovun mövqeyi regionda sabitliyin saxlanılması baxımından mühüm və məsuliyyətli addımdır

Pavel Elizarovun mövqeyi regionda sabitliyin saxlanılması baxımından mühüm və məsuliyyətli addımdır


"Azərbaycan ilə İsrail arasında uzun illər ərzində formalaşmış qarşılıqlı hörmətə, etimada və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin qorunması hər iki xalqın maraqlarına uyğundur. Bu məsələdə səsimizi, narahatlığımızı və hüquqi mövqeyimizi nəzərə alaraq müraciətimizə həssas yanaşdığına, məsələni diqqət mərkəzində saxladığına və mövcud vəziyyətə müdaxilə etdiyinə görə Pavel Elizarova xüsusi təşəkkürümü bildirirəm".\

Newscenter.az xəbər verir ki, bunları Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri beynəlxalq hüquq müdafiəçisi David Seliverstov Qafqaz Yəhudiləri Assosiasiyasınən sədri Pavel Elizarovun İsrail hökumətinin Azərbaycanla bağlı qəbul etdiyi qərara haqlı etirazına münasibət bildirərkən deyib. David Seliverstov qeyd edib ki, Pavel Elizarovun bu mövqeyi Qafqaz yəhudilərinin təhlükəsizliyi, Azərbaycan–İsrail dostluq münasibətlərinin qorunması və regionda sabitliyin saxlanılması baxımından mühüm və məsuliyyətli addımdır:

"İnanıram ki, hüquq, ədalət, qarşılıqlı hörmət və diplomatik müdriklik bu kimi həssas məsələlərdə ən doğru yolun seçilməsinə xidmət edəcəkdir".

Süleyman
Xəbəri paylaş