
Türkiyə Rusiya ilə münasibətlərini dialoq və nəticəyönümlü yanaşma əsasında qurur.
Newscenter.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Onun sözlərinə görə, Türkiyə Rusiya ilə münasibətlərimizi dialoq əsasında qurur və nəticəyönümlü yanaşma ilə əməkdaşlığı inkişaf etdirir:
"Liderlərimizin çətinliklərə sakit yanaşması və ümumi mənzərəyə diqqət yetirməsi münasibətlərimiz üçün son dərəcə dəyərlidir", - deyə türkiyəli nazir bildirib.
Daha əvvəl Fidan səfərdən sonra Türkiyə və Rusiyanın ikitərəfli əməkdaşlığa mane olacaq heç bir probleminin olmadığını qeyd etmişdi.
Süleyman












































