Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan: Rusiya ilə münasibətləri inkişaf etdirməyə maraqlıyıq

Paşinyan: Rusiya ilə münasibətləri inkişaf etdirməyə maraqlıyıq


Ermənistan Rusiya ilə münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır.

Newscenter.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan bu barədə Yekaterinburqda Rusiyanın baş naziri Mixail Mişustinlə görüşdə bildirib.

"Həm seçkilərdən əvvəl, həm də sonra Rusiya ilə münasibətlərimizi daha da inkişaf etdirməyə sadiqik", - deyə o bildirib.

Qeyd edək ki, son vaxtlar, xüsusilə də Ermənistanda keçirilən sonuncu parlament seçkiləri ərəfəsində və ondan sonrakı dövrdə İrəvan-Moskva arasında müəyyən mənada siyasi gərginlik müşahidə edilib.

Arzu
Xəbəri paylaş