
"İsraildə Qafqaz Yəhudiləri Assosiasiyası adından İsrail Dövlətinin Azərbaycanla bağlı qəbul etdiyi qərardan sonra dərin narahatlığımızı bildiririk.
Biz İsrail Dövlətinin suveren qərarlar qəbul etmək hüququna hörmətlə yanaşırıq. Bununla yanaşı, hesab edirik ki, bu qərar regiondakı həssas siyasi və təhlükəsizlik reallıqları fonunda əlavə və daha geniş təhlil tələb edir".
Newscenter.az xəbər verir ki, bu fikirlər İsrail ilə Azərbaycan arasında işgüzar münasibətlərin möhkəmləndirilməsinə çalışan təşkilat rəhbərləri və fəalların yaydığı müraciətdə əksini tapıb. İsrailin müdafiə naziri İsrael Katz, xarici işlər naziri Gideon Saar, ədliyyə naziri Yariv Levin, energetika naziri Eli Koen, iqtisadiyyat və sənaye naziri Nir Barkat, diaspora məsələləri və antisemitizmlə mübarizə naziri Amixay Şikli, nəqliyyat naziri Miri Regev, elm və innovasiyalar naziri Gila Qamliel, ətraf mühitin mühafizəsi naziri İdit Silman, Knessetin Xarici İşlər və Təhlükəsizlik Komitəsinin sədri, deputat Boaz Bismuta ünvanlanan müraciətdə Azərbaycanla bağlı qərar və Azərbaycanda Qafqaz yəhudi icmasının təhlükəsizliyi məsələsinə diqqət yetirilir.

Müraciətdə qeyd edilir ki, Azərbaycan uzun illər ərzində İsrail Dövlətinin mühüm və səmimi tərəfdaşı olmuş, iki ölkə arasında əməkdaşlıq qarşılıqlı hörmətə, strateji tərəfdaşlığa və ümumi maraqlara əsaslanmışdır.
Müraciət müəllifləri hesab edir ki, bu qərar İsrailin regiondakı diplomatik münasibətlərinə təsir göstərə, Azərbaycanla qurulmuş etimad mühitinə zərər vura və xüsusilə Azərbaycanda yaşayan yəhudi icmasının təhlükəsizliyi ilə bağlı həssas məsələlərdə narahatlıq yarada bilər.
"Biz hesab edirik ki, belə məsələlərdə hər bir addım çox diqqətlə, regional təhlükəsizlik, diplomatik münasibətlər və yəhudi icmalarının təhlükəsizliyi nəzərə alınmaqla atılmalıdır. Azərbaycan yəhudi icması tarixən bu ölkədə hörmət, təhlükəsizlik və qarşılıqlı anlaşma şəraitində yaşamışdır. Bu münasibətlər qorunmalı və gücləndirilməlidir.
Biz vurğulamaq istəyirik ki, Azərbaycan xalqı ilə yəhudi xalqı arasında dostluq münasibətləri uzun illər ərzində formalaşıb. Bu münasibətlər yalnız siyasi maraqlara deyil, həm də tarixi yaddaşa, qarşılıqlı hörmətə və insan münasibətlərinə əsaslanır. Ona görə də belə həssas məsələlərdə balanslı, ehtiyatlı və məsuliyyətli yanaşma zəruridir.
Biz xahiş edirik ki, bu qərar yenidən qiymətləndirilsin və mümkün nəticələri nəzərə alınsın. İsrail Dövlətinin milli maraqları, xarici siyasət prioritetləri və regiondakı yəhudi icmalarının təhlükəsizliyi baxımından bu məsələyə xüsusi diqqətlə yanaşılması vacibdir".

Müraciət müəllifləri bəyan edirlər ki, bu qərar İsrailin strateji sisteminin gücləndirilməsi maraqlarına xidmət etmir:
"Biz hökuməti bu cür həssas məsələlərin qiymətləndirilməsinə dair yanaşmaları yenidən nəzərdən keçirməyə, bundan sonra sabit tərəfdaşlıq əlaqələrinin qorunmasına və maraqlar balansının saxlanılmasına üstünlük verməyə çağırırıq.
Yaranmış vəziyyətin xüsusi əhəmiyyətini və aktuallığını nəzərə alaraq, biz Sizinlə və aidiyyəti nazirlərlə təcili görüş keçirilməsini xahiş edirik. Məqsəd bu qərarın geniş müzakirə olunması və İsrailin xarici siyasətinə, eləcə də regiondakı yəhudi icmalarının təhlükəsizliyinə mümkün böhran xarakterli nəticələrin qarşısının alınmasıdır.
Ümid edirik ki, İsrail cəmiyyətinə dərindən inteqrasiya olunmuş və regionun mürəkkəbliyini yaxşı anlayan icmamızın səsi dövlət rəhbərliyi tərəfindən eşidiləcəkdir.
Biz bəyan edirik ki, bu qərar İsrailin strateji sisteminin gücləndirilməsi maraqlarına xidmət etmir. Biz hökuməti bu cür həssas məsələlərin qiymətləndirilməsinə dair yanaşmaları yenidən nəzərdən keçirməyə, bundan sonra sabit tərəfdaşlıq əlaqələrinin qorunmasına və maraqlar balansının saxlanılmasına üstünlük verməyə çağırırıq.
Yaranmış vəziyyətin xüsusi əhəmiyyətini və aktuallığını nəzərə alaraq, biz Sizinlə və aidiyyəti nazirlərlə təcili görüş keçirilməsini xahiş edirik. Məqsəd bu qərarın geniş müzakirə olunması və İsrailin xarici siyasətinə, eləcə də regiondakı yəhudi icmalarının təhlükəsizliyinə mümkün böhran xarakterli nəticələrin qarşısının alınmasıdır.
Ümid edirik ki, İsrail cəmiyyətinə dərindən inteqrasiya olunmuş və regionun mürəkkəbliyini yaxşı anlayan icmamızın səsi dövlət rəhbərliyi tərəfindən eşidiləcəkdir".
Süleyman












































