
Macarıstanda siyasi böhran dərinləşir.
Newscenter.az TASS-a istinadən bildirir ki, Macarıstan Prezidenti Tamaş Şujok, hökumət tərəfindən təklif edilən və parlament tərəfindən qəbul edilən, onu vəzifəsindən uzaqlaşdıracaq ölkə konstitusiyasına 17-ci düzəlişi rədd edib. Prezident iqamətgahı olan Şandor Sarayının mətbuat xidmətinin məlumatına görə, o, sənədin qanunun aliliyi, demokratiya və hakimiyyət bölgüsü prinsiplərini pozduğu qənaətindədir
Bəyanatda deyilir:
"Respublikanın hazırkı prezidentinin sırf siyasi səbəblərdən vəzifəsindən uzaqlaşdırılması vəziyyəti Avropada unikaldır. Üstəlik, bu prosedur açıq şəkildə konkret bir şəxsə uyğunlaşdırılıb və konstitusiyaya edilən düzəlişin yekun müddəalarına daxil edilib ki, bu da prezident zəmanətlərin açıq şəkildə pozulmasıdır".
Arzu











































