Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarovanı hansısa xarici gücə bağlamaq cəhdi kökündən yanlışdır

Sahibə Qafarovanı hansısa xarici gücə bağlamaq cəhdi kökündən yanlışdır


ADP sədri Sərdar Cəlaloğlu Milli Məclisin sədri Sahibə Qafarovanı növbəti dəfə hədəf götürərək onu Slavyan Universitetindən gəldiyinə görə Rusiyanın maraqlarına xidmət etməkdə, xanım Qafarovanın seçilmədiyini və hansısa güclər tərəfindən parlamentə sədr gətirildiyini iddia edib. Hətta bunu narahatlıq doğuran məsələ adlandırıb. O daha sonra deyib ki, Slavyan Universiteti dil öyrənmək altında Rusiyanın maraqlarını açıq müdafiə edən bir mərkəzdir.

Məsələ ilə bağlı Newscenter.az-a danışan siyasi şərhçi Əli Orucov deyib ki. ADP sədrinin səsləndirdiyi fikirlər tamamilə absurd və qərəzlidir. Onun sözlərinə görə, Slavyan Universiteti ali təhsil ocağıdır və təkcə rus dili üzrə mütəxəsislər hazırlamır:

"Slavyanlar da təkcə ruslardan ibarət deyil. 1918-ci ildə Şərqdə ilk demokratik dövlət olan Azərbaycanın Xalq Cümhuriyyətinin qurucuları başda Milli Şuranın sədri M.Ə.Rəsulzadə olmaqla əksəriyyəti rus dilində, rus məktəblərində və universitetlərində təhsil almışdılar. Ancaq onlar Rusiyanın maraqlarına xidmət etmədilər, ağır şərtlər altında gərgin mübarizə apararaq Azərbaycan xalqına müstəqillik gətirdilər. Rus dilinin, rus mədəniyyətinin Azərbaycan mədəniyyətinin inkişafında oynadığı müstəsna rolunu inkar etmək olmaz. S.Cəlaloğlunun məntiqi ilə yanaşılsa, gərək Qərb Universiteti və Azərbaycan Dillər Universiteti də Qərbin maraqlarına xidmət edən mərkəz olmalıdır.
Yaxud hazırda yüksək vəzifələrdə çalışan dövlət məmurları kimi tanınan və xarici ali təhsil ocaqlarında təhsil alanlara da şübhə edilsin. Çox bəsit və məntiqsiz yanaşmadır".

Əli Orucov deyib ki, Sahibə Qafarova tutduğu yüksək postda özünü doğrultduğuna və dövlətçiliyə sadiqliyinə görə dəfə Milli Məclisə sədr seçilib:

"Bütün beynəlxalq tədbirlərdə, səfərlərdə və görüşlərdə ölkəni yüksək səviyyədə təmsil edib. Onu hansısa xarici gücə bağlamaq cəhdi kökündən yanlışdır.

S.Qafarova seçicilərinə verdiyi vədlərinə sadiqliyi ilə də seçilir. Onun mandat aldığı Şəmkir rayonunda məhz S.Qafarovanın birbaşa təşəbbüsü və dəstəyi ilə bir sıra problemlər həllini tapmaqdadır. Bunların arasında 20 ildən artıqdır qəzalı vəziyyətdə olan 600 yerlik Şəmkir rayonu, Mahmudlu kənd orta məktəbinin nəhayət, əsaslı təmir olunması da var. Yaxın perspektivdə digər təhsil ocaqlarının və uşaq bağçalarının da müasir standarlara cavab verəcək vəziyyətə gətiriləcəyi nəzərdə tutulub. Milli Məclisdə öz seçiciləri üçün əlçatan olan və onlarla mütəmadı maraqlanan, istəklərini yerinə yerirməyə çalışan və buna da nail olan ikinci bir deputat şəxsən tanımıram. S.Cəlaloğlu bir çox hallarda tənqidlə qərəzi qarışdırır, S.Qafarovaya münasibətdə də bu aydın hiss olunur".

Süleyman
Xəbəri paylaş