Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NATO Zirvəsi Türkiyəyə bir sıra mühüm dividentlər qazandırdı

NATO Zirvəsi Türkiyəyə bir sıra mühüm dividentlər qazandırdı


"NATO-nun 36-cı Zirvə Görüşü Türkiyəyə həm siyasi, həm də strateji baxımdan bir sıra mühüm dividendlər qazandırdı. Hər şeydən əvvəl onu qeyd etmək yerinə düşər ki, hərbi alyansın 32 üzv dövlətinin liderlərini Ankarada bir araya gəlməsi Türkiyənin təşkilat daxilində diplomatik çəkisini nümayiş etdirmiş oldu. Paralel olaraq Zirvə Görüşü Türkiyənin Avropa, Yaxın Şərq və Qara dəniz regionları arasında strateji körpü rolu oynadığını bir daha ön plana çıxardı".

Newscenter.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Zirvə Görüşü çərçivəsində baş tutan Tramp-Ərdoğan görüşü də əsas diqqət mərkəzində olan məsələ idi:

"ABŞ administrasiyası Türkiyəyə qarşı bəzi məhdudiyyətlərin yumşaldılmasını və gələcəkdə F-35 proqramı ilə bağlı məsələlərin yenidən nəzərdən keçirilə biləcəyini bildirdi. Zirvədə NATO-nun müdafiə sənayesi istehsalının artırılması, yeni satınalmalar və sənaye əməkdaşlığının genişləndirilməsi qərarları qəbul edildi ki, bu qərarlar son illərdə sürətlə inkişaf edən Türkiyə müdafiə sənayesi üçün yeni əməkdaşlıq və ixrac imkanları yarada bilər".

Politoloq, "Bir sözlə, Ankara Zirvə Görüşü Türkiyə üçün diplomatik prestij, NATO daxilində nüfuzun möhkəmlənməsi, ABŞ ilə dialoqun canlanması və müdafiə sənayesinin perspektivlərinin genişlənməsi baxımından əhəmiyyətli siyasi dividendlər gətirdi",-deyə bildirib.

Süleyman
Xəbəri paylaş