Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan diplomatiyası bundan sonra da dövlətimizin strateji məqsədlərinin reallaşdırılması naminə uğurlu fəaliyyətini davam etdirəcək

Azərbaycan diplomatiyası bundan sonra da dövlətimizin strateji məqsədlərinin reallaşdırılması naminə uğurlu fəaliyyətini davam etdirəcək


"9 İyul – Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında çalışan bütün əməkdaşları səmimi-qəlbdən təbrik edir, onlara ən xoş arzularımızı çatdırırıq.

Azərbaycan diplomatiyası ölkəmizin milli maraqlarının beynəlxalq müstəvidə qorunması, dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi, xarici siyasət prioritetlərinin uğurla həyata keçirilməsi, eləcə də ölkəmizin dünyada etibarlı tərəfdaş kimi nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində mühüm və əvəzolunmaz rol oynayır".

Newscenter.az xəbər verir ki, bunları Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov deyib. O bildirib ki, diplomatik xidmət orqanlarının əməkdaşları yüksək peşəkarlıq, məsuliyyət, vətənpərvərlik və sədaqətlə Azərbaycan dövlətini beynəlxalq arenada layiqincə təmsil edir, ölkəmizin maraqlarını qətiyyətlə müdafiə edir, dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsinə, sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə dəyərli töhfələr verirlər:

"Əminik ki, Azərbaycan diplomatiyası bundan sonra da dövlətimizin strateji məqsədlərinin reallaşdırılması, beynəlxalq mövqeyinin daha da gücləndirilməsi və milli maraqlarımızın etibarlı şəkildə qorunması naminə uğurlu fəaliyyətini davam etdirəcəkdir".

Məcid Məmmədov, "Bu əlamətdar gün münasibətilə bütün diplomatlarımıza və diplomatik xidmət orqanlarının əməkdaşlarına məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar, möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji və gələcək fəaliyyətlərində böyük nailiyyətlər arzulayırıq.

9 İyul – Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı mübarək olsun!",-deyə bildirib.

Süleyman
Xəbəri paylaş