Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev ABŞ-da keçiriləcək G20 sammitində iştirak edəcək

Tokayev ABŞ-da keçiriləcək G20 sammitində iştirak edəcək


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Konqresinin senatoru Stiv Deynsi qəbul edib.

Newscenter.az Akorda-ya istinadən xəbər verir ki, görüşdə dövlət başçısı Qazaxıstan və ABŞ arasında çoxşaxəli əməkdaşlığın inkişaf tempini yüksək qiymətləndirib. Diqqət ticarət, iqtisadi və investisiya əməkdaşlığının davamlı artımına yönəldilib. Tokayev, Amerika müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.

Prezident ötən ilin noyabr ayında ABŞ-a səfəri zamanı imzalanmış ikitərəfli müqavilələrin yüksək keyfiyyətli həyata keçirilməsinin vacibliyini qeyd edib.

Tokayev ilin sonunda Mayamidə keçiriləcək G20 sammitində iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində ikitərəfli əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirib.

Dövlət başçısı senatora Qazaxıstan və ABŞ arasında genişlənmiş strateji tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə, eləcə də Cekson-Venik düzəlişlərinin ləğvi üçün qanunvericilik təşəbbüsünün irəlilədilməsində Qazaxıstana verdiyi ardıcıl dəstəyə görə minnətdarlığını bildirib.

Süleyman
Xəbəri paylaş